Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb

   Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb
  07 Sentyabr 2019    Oxunub:1927
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Azvision.az -ın məlumatına görə, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 44 milyon 163 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 703 min 300 manat olub, cəmi 3 milyon 703 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerji dəyərinin 100,0 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İşıqpulu  





Xəbər lenti