Prezident braziliyalı həmkarını təbrik edib

Prezident braziliyalı həmkarını təbrik edib
  06 Sentyabr 2019    Oxunub:2779
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".

Azvision.az



Teqlər: İlhamƏliyev   Brazilya  





Xəbər lenti