“Xankəndidə, Şuşada “ASAN xidmət” mərkəzləri açacağıq” - Ülvi Mehdiyev

  06 Sentyabr 2019    Oxunub : 6640
 “Xankəndidə, Şuşada “ASAN xidmət” mərkəzləri açacağıq” - Ülvi Mehdiyev
"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgəriyik. Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Cocuq Mərcanlı bizim əsas hədəfə çatmağımız üçün müvvəqqəti dayanacaqdır. "
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Agentliyin sədri bildirib ki, Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir.

"Azərbaycan Ordusu güclüdür, Ordumuza güvən hər zaman artır. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək. Şəhidlərimizin qısasını alacağıq, Xankəndidə, Şuşada da "ASAN xidmət" mərkəzləri açacağıq".

Qeyd edək ki, 5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. 5 gün davam edəcək düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASAN-Xidmət