Cənubi Koreyada Qarabağ müzakirə edildi - FOTO

   Cənubi Koreyada Qarabağ müzakirə edildi -    FOTO
  06 Sentyabr 2019    Oxunub:2391
Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini cənab Çunq Sukvan ilə görüşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.





Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Seul  





Xəbər lenti