“Müxalifət nə ağac əkir, nə də qan verir” - Siyavuş Novruzov

“Müxalifət nə ağac əkir, nə də qan verir” -  Siyavuş Novruzov
  06 Sentyabr 2019    Oxunub:3774
"Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər il belə aksiya keçirir".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən qanvermə aksiyası zamanı partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP rəsmisi bildirib ki, insanlar Aşura günündə məscidlərdə qan versinlər, amma özünüdöymə, başyarma hallarına yol verilməsin.

S.Novruzov, həmçinin müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib: "Müxalifət nə ağac əkir, nə də qan verir. Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Qanvermə   Siyavuş-Novruzov  





Xəbər lenti