Milli Qəhrəman: “Ordumuz regionda ən güclü ordudur”

     Milli Qəhrəman:    “Ordumuz regionda ən güclü ordudur”
  06 Sentyabr 2019    Oxunub:3602
"Bu gün Azərbaycan Ordusunun heç nəyə ehtiyacı yoxdur. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Ordumuzun maddi-texniki bazası, məişət şəraiti və şəxsi heyətin təminatı ən yüksək səviyyədədir".
Azvision.az xəbər verir ki, bunu Milli Qəhrəman, polkovnik Şükür Həmidov sayca 4-cü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı deyib.

Milli Qəhrəman bildirib ki, Ordumuz regionda ən güclü ordudur: "Arzu edirəm ki, işğalda olan torpaqlarımızı azad edək, siz gənclərimiz odun-alovun içərisinə girməyəsiniz. Bundan da gözəl tədbirlərimiz Qarabağ torpağında keçirilsin".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ŞükürHəmidov  





Xəbər lenti