General Mayis Bərxudarov: “Azərbaycan üçün canımızı qoymalıyıq”

  05 Sentyabr 2019    Oxunub : 6508
 General Mayis Bərxudarov: “Azərbaycan üçün canımızı qoymalıyıq”
"Bizim amalımız, məqsədimiz gənc nəsli vətənpərvər ruhda yetişdirmək, olan hadisələri unutdurmamaqdır".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Mayis Bərxudarov sayca 4-cü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı deyib.
General bildirib ki, düşərgədə iştirak edən gənclərin gözündəki sevinc, istək, parıltı müharibənin yaxında olacağından xəbər verir:

"Belə mülki adamların bizimlə bir yerdə olması bizləri daha da həvəsləndirir, gələcək döyüşdə qələbəyə səsləyir. Bizim hərbi hissə Aprel döyüşlərində yaxından iştirak edib, döyüşüb. Bizim qarşımızda çox böyük vəzifəmiz var. Torpaqlarımız işğal altındadır. İnşallah siz hərbi xidmətə çağırılmadan öncə biz bu məsələni həll edərik. Məqsədimiz birdir: yumruq kimi olaq, Azərbaycanın gələcəyi üçün canımızı qoyaq".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MayisBərxudarov