Azərbaycan istehsalı Döyüş Maşınının sınaqlarına başlandı

Azərbaycan istehsalı Döyüş Maşınının sınaqlarına başlandı
  07 Dekabr 2013    Oxunub:1606
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) alim və mühəndisləri tərəfindən yaradılmış Zirehli Kəşfiyyat Döyüş Maşınının (ZKDM) ilk eksperimental nümunəsinin sınaqlarına başlanıb.
AzVision.az xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, keçirilən sınaqlarda məqsəd hərbi texnikanın döyüş imkanlarını yoxlamaqdır. Sınaqların nəticələrinə uyğun olaraq ZKDM daha da təkmilləşdiriləcək.

Bundan əvvəl keçirilmiş hərəkət testlərində maşın yüksək manevrlilik və performans nümayiş etdirib.

Qeyd edək ki, ilk dəfə cari ilin sentyabr ayında ictimaiyyətə nümayiş etdirilmiş milli ZKDM özünün xarici dizaynı, qoruma səviyyəsi, silahlanması və digər imkanları baxımından sovet istehsalı olan BRDM-2 maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

ZKDM alt hissədə mina partlayışlarına, yanlarda mərmi və əldəqayırma partlayıcılara və güllələrə qarşı yüksək qorumaya sahibdir. Maşının gövdəsi minaya qarşı qorumanı təmin etmək üçün V formasında dizayn olunub. Gövdənin ikiqat zirehi heyəti hətta B-32 tipli zirehdeşən güllələrdən mühafizəsini təmin edir. Sifarişçinin istəyinə uyğun olaraq maşın gövdə və yanlarda əlavə zirehlə daha da gücləndirilə bilər. Maşının digər özəlliyi isə partlayışlar zamanı aşmamasıdır.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarə olunan döyüş moduluna malikdir. Bu qüllənin silahlanmasına iki lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, ZN-TQRP-3, TGN1-49-3 və TKN-3B nişangahları daxildir. Maşının idarəetmə sistemi avtomatlaşdırılıb.


Teqlər:  





Xəbər lenti