Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?

Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?
  04 Sentyabr 2019    Oxunub:1432
Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak–nəqliyyat vasitələrinin cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – ilk növbədə sənin: əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkiliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, quruluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

Azvision.az



Teqlər:





Xəbər lenti