Azadlıq prospekti bağlanacaq

 Azadlıq prospekti bağlanacaq
  04 Sentyabr 2019    Oxunub:1819
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, bu üzdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti