Zaxarova Paşinyanın bəyanatına belə münasibət bildirdi

  04 Sentyabr 2019    Oxunub : 1859
 Zaxarova Paşinyanın bəyanatına belə münasibət bildirdi
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanması yolunda sürətli irəliləyişə şərait yaratmalıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Xankəndi şəhərində səsləndirdiyi "Qarabağ Ermənistandır" bəyanatına münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, münaqişə tərəflərinin bəyanatları münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş ümumi səylərə uyğun olmalıdır.

“Təəssüf ki, biz müxtəlif səviyyələrdə müxtəlif tərəflərin bu cür bəyanatlarını çox eşitmişik və bu cür bəyanatlarla yenə üzləşirik. Çox istərdik ki, bütün tərəflər bir başlıca şərtə əməl etsinlər – bütün resurslar münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə yönəldilməlidir. Bu, mürəkkəb və uzun prosesdir. Düşünürəm ki, sürətlə irəliləməyin zəruri olmasını hamı başa düşür və bunun üçün bəyanatlar həmin əsas hədəfə müvafiq olmalı və ona şərait yaratmalıdır”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Zaxarova