Metro qış qrafikinə nə vaxt keçəcək? - Vaxt açıqlandı

Metro qış qrafikinə nə vaxt keçəcək? -  Vaxt açıqlandı
  04 Sentyabr 2019    Oxunub:2305
Sentyabrın 16-da "Bakı Metropoliteni" QSC payız-qış qrafikinə keçəcək.
Azvision.az -ın məlumatına görə, yeni tədris ili ilə bağlı hazırda hazırlıqlar görülür. Belə ki, yay mövsümünün başa çatması, yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakı Metropoliteni"ndə sərnişin axını get-gedə intensivləşir. Payız-qış rejiminə keçildikdə xəttə buraxılan qatarların sayı artırılır və interval azaldılır.

Qeyd edək ki, yeni tədris mövsümündə Bakı Metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro   Qatar   Qrafik  





Xəbər lenti