“TurAz Qartalı - 2019” təlimlərinin açılışı oldu - VİDEO
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.
Azvision.az
Teqlər: TurAzQartalı Təlim Türkiyə