Ağstafada 29 ədəd “Qrad” raketi tapılıb

Ağstafada 29 ədəd “Qrad” raketi tapılıb
  03 Sentyabr 2019    Oxunub:2603
Bu gün saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, 33-cü məhəllə ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Ağstafa rayon Polis şöbəsinin və Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 ədəd 122 mm-lik “Qrad” raketi (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Raket  





Xəbər lenti