Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq
  03 Sentyabr 2019    Oxunub:3273
Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Belə meşələrin salınmasında tez böyüyən ağac cinslərindən istifadə olunacaq. Bu da həmin ağacların ağac emalı sənayesində davamlı olaraq istifadə edilməsi ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib. Onun sözlərinə görə, meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın vaxtlarda bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub:

“Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətləri dinləməyə hazırıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Onu da qeyd edim ki, eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.

Azvision.az



Teqlər: ETSN   Meşə  





Xəbər lenti