Nazir və müavinləri qəbul keçirəcək

Nazir və müavinləri qəbul keçirəcək
  03 Sentyabr 2019    Oxunub:1394
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri və onların müavinlərinin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sentyabrın 20-də Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Xaçmaz rayonunda və Mətin Kərimli Qusar rayonunda vətəndaşlarla görüşəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) əlaqədar müraciətləri cavablandırılacaq, onları narahat edən məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti