General Lənkəranda vətəndaşları qəbul edəcək

General Lənkəranda vətəndaşları qəbul edəcək
  03 Sentyabr 2019    Oxunub:1429
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 28-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az



Teqlər: DİN   Qəbul  





Xəbər lenti