Ermənistanda evlər kəskin bahalaşır - Səbəb

Ermənistanda evlər kəskin bahalaşır -  Səbəb
  02 Sentyabr 2019    Oxunub:3566
Ermənistanın yeni hökuməti seçki kampaniyasında bir çox iqtisadi-sosial problemləri həll edəcəyini desə də, ölkədə iqtisadi vəziyyət gərgin olaraq qalmaqdadır. Yeni hökumət öz vədlərini yerinə yetirə bilmir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov Azvision.az -a deyib ki, bunu göstərən faktorlardan biri də Ermənistanda cari il ərzində mənzillərin qiymətində əhəmiyyətli artımın baş verməsidir.

Onun sözlərinə görə, 2019-cu ilin ilk yarısında İrəvanda mənzillərin qiyməti orta hesabla 9.5% bahalaşıb: "Bu rəqəm şəhərin müxtəlif hissələrində fərqlənir. Şəhərin bəzi hissələrində hətta mənzillərin qiyməti 16.3% artıb. Bu da sözsüz ki, satılan mənzillərin sayının azalmasına gətirib çıxarıb. 2019-cu ilin ilk yarısında satılan evlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.3% azalıb. Bu rəqəm şəhərin müxtəlif ərazilərində daha yüksəkdir. İrəvanda mənzil satışının 18% və 33%-ə qədər azaldığı rayonlar da var".



O.Bağırov vurğulayıb ki, mənzillərin qiymətlərinin artması və satış sayının azalması yeni hakimiyyətin dövründə sosial vəziyyətin daha da pisləşməyə doğru getdiyini göstərir: "Bu da siyasi hakimiyyət üçün təzyiqlərin artması deməkdir. Əgər yaxın bir neçə il ərzində əsas sosial-iqtisadi problemlər həll edilməzsə, bu xalqın yeni hökumətə inamının azalmasına və hətta yeni etiraz aksiyalarının başlanmasına səbəb ola bilər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ermənistan   Aksiya   Mənsil  





Xəbər lenti