Hacıqabulda dəhşətli qəza: Ana öldü, əri və iki uşağı yaralandı

    Hacıqabulda dəhşətli qəza:    Ana öldü, əri və iki uşağı yaralandı
  01 Sentyabr 2019    Oxunub:6003
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının avtomobil yolunun 123-cü kilometrliyində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Aydın Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı qaz xəttinə çırpılıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı Ruhiyyə Allahverdiyeva, azyaşlı övladları Xəyal Allahverdiyev və Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ruhiyyə Allahverdiyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti