Komitə rəhbərliyi vətəndaşları qəbul edib

Komitə rəhbərliyi vətəndaşları qəbul edib
  31 Avqust 2019    Oxunub:1187
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 31-də Oğuz rayonunda vətəndaş qəbulu keçirib.
Komitədən Azvision.az -a bildirilib ki, rayonun Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Komitənin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbul zamanı səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması olub. Eyni zamanda torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.

Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər Komitə sədri tərəfindən diqqətlə dinlənilib. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib, bəzi müraciətlərlə bağlı müvafiq komissiya yaradılıb. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verilib.

Vətəndaş müraciətlərinin çevik cavablandırılması məsələsinə diqqətlə yanaşıldığını deyən Komitə sədri bildirib ki, tətbiq edilən yeniliyə əsasən artıq vətəndaş müraciətləri və qəbullar, Komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə aparılır. Belə ki, vətəndaşlar Komitəyə gəlmədən keçirilən virtual qəbul vasitəsilə suallarını Komitə nümayəndələrinə ünvanlaya bilirlər. Bu da vətəndaşların müvafiq bölgədən Komitəyə gəlməsi, uzaq məsafə qət etməsi kimi məsələlərin aradan qaldırılmasına imkan verməklə, onların məmnunluğuna səbəb olur. Layihənin digər unikallığı Komitə ilə regional qurumların fəaliyyətlərinə canlı bağlanmaqla nəzarət etmək, virtual konfransları keçirmək, baş verən hadisələrə tez bir zamanda reaksiya verməkdir.

Bundan başqa vətəndaş müraciətlərinin çevik cavablandırılmasını, operativ araşdırılmasını və bu işlərin daha rasional aparılmasını təmin etmək üçün Komitənin “193” vahid Çağrı Mərkəzi fəaliyyət göstərir.

Qəbul çərçivəsində Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə Komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin edilməlidir. Sonda vətəndaşlar razılıqlarını bildiriliblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov da həmin gün Qəbələ rayonunda vətəndaş qəbulu keçirib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Bəzi vətəndaşların müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Azvision.az


Teqlər: Komitə   Əmlak  





Xəbər lenti