Rafiq Hüseynov müalicə üçün Türkiyəyə getdi

Rafiq Hüseynov müalicə üçün Türkiyəyə getdi
  06 Dekabr 2013    Oxunub:1328
Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq.
Ağciyərində şiş aşkar edilən Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynov bu gün Türkiyəyə müalicə almağa gedib. AzVision.az-a bu barədə ATV-nin aparıcısı Ceyhun Əli məlumat verib.

“Xalq artisti Rafiq Hüseynlini Türkiyəyə müalicəyə yola saldıq. İnşaallah onu tam sağlam olaraq da qarşılayacağıq”-deyə, C.Əli qeyd edib.

Xatırladaq ki, Xalq artisti, diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq. O, Türkiyəyə həyat yoldaşı və qızı ilə gedib. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti