Bakıda kütləvi dava olub, bir nəfər bıçaqlanıb

   Bakıda kütləvi dava olub, bir nəfər bıçaqlanıb
  31 Avqust 2019    Oxunub:1945
Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Dava  





Xəbər lenti