Azyaşlı kanalda köməksiz vəziyyətdə qaldı

Azyaşlı kanalda köməksiz vəziyyətdə qaldı
  31 Avqust 2019    Oxunub:1086
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti