Şirvan milli parkına safari avtomobilləri verildi

Şirvan milli parkına safari avtomobilləri verildi
  30 Avqust 2019    Oxunub:1490
Şirvan milli parkının ərazisində fəaliyyət göstərən, neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari nəqliyyat vasitəsi təqdim edib.
Azvision.az xəbər verir ki, təqdimetmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına tövhədir.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti