Moskvada Azərbaycanla bağlı forum keçiriləcək

Moskvada Azərbaycanla bağlı forum keçiriləcək
  30 Avqust 2019    Oxunub:1568
Oktyabrın 12-də Moskvada "Prezident Otel"də Rusiya Azərbaycanlıları İttifaqının "Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri" adlı ikinci Forumu keçiriləcək.
Azvision.az xəbər verir ki, forumda Rusiyadakı Azərbaycan diasporu və Rusiya – Azərbaycan əlaqələri, diasporun Azərbaycan dövlətilə əməkdaşlığı
vəs. mövzular müzakirə olunacaq.

Forumun keçirilməsində ssas məqsəd ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Rusiyadakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti instiutlarının iştirakını təmin etməkdir.

Tədbirdə Rusiyanın və Azərbaycanın dövlət rəsmiləri, MDB, Avropa və Yaxın Şərq ölkələrinin elm və yaradıcı adamları, Rusiyadakı daspor təşkilatlarının rəhbər üzvlərinin iştirakı gözlənilir.

Forumda iştirak etmək istəyənlər 15 sentyabra qədər link üzrə elektron qeydiyyatdan keçə bilərlər: www.raisar.org/forum2az

Məruzə ilə çıxış etmək istəyənlərsə bu haqda təşkilatçılara 20 sentyabr tarixinə qədər müraciət etməlidirlər. [email protected] ünvanına 20 sentyabr tarixinə qədər məruzənin göndərilməsi vacibdir.

Daha ətraflı məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz:+7 (495) 781-40-12 Kristina, +7(968) 588-00-00 Anar

Azvision.az




Teqlər: Moskva   Forum  





Xəbər lenti