Azərbaycanda uşağı olmayan 6559 ailə boşanıb

   Azərbaycanda uşağı olmayan 6559 ailə boşanıb
  30 Avqust 2019    Oxunub:2015
Ötən il Azərbaycanda 18 yaşadәk uşaqları olan 14857 ailәdә rәsmi orqanlar tәrәfindәn boşanma qeydә alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, boşanmaların 6559-u uşağı olmayan ailələrdə baş verib.

Ötən il boşanan 3894 ailədə bir uşaq, 4404 ailədə isə iki və daha artıq uşaqlar olub. Boşanma nəticəsində 13842 uşaq valideynlərdən biri ilə qalıb.

Qeyd edək ki, 2017-ci ildə 18 yaşadәk uşaqları olan 14514 ailə, 2016-cı ildə 13114 ailə, 2015-ci ildə 12764 ailə, 2014-cü ildə isə 12088 ailə dağılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Boşanma   Ailə   Statistika  





Xəbər lenti