Ağsuda dağlıq ərazidə yanğın söndürülüb

Ağsuda dağlıq ərazidə yanğın söndürülüb
  30 Avqust 2019    Oxunub:1587
Ağsu rayonunun Kəlağaylı kəndi yaxınlığında vqustun 29-da baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının qarşısının alınması üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ağsu  





Xəbər lenti