Ağsunun 2 kəndi qazlaşdırılıb

Ağsunun 2 kəndi qazlaşdırılıb
  29 Avqust 2019    Oxunub:1416
Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, ümumilikdə 2 kənddə 2389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb.

Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb. Yeni abonentlər istənilən vaxt Ağsu Regional qaz istismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.

Azvision.az


Teqlər: Azəriqaz   Ağsu  





Xəbər lenti