Xırdalanda itkin düşən azyaşlı qızlar tapıldı

Xırdalanda itkin düşən azyaşlı qızlar tapıldı
  29 Avqust 2019    Oxunub:3246
Bu gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən iki azyaşlı qız tapılıb.
Bu barədə Azvision.az -a uşaqlardan birinin anası, həkim Aynur Qəribova məlumat verib. Onun sözlərinə görə, uşaqlar marşrut avtobusuna minərək naməlum istiqamətdə gediblər.

"Onlardan biri mənim qızım, digəri isə qardaşımın qızıdır".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" telefon xəttində məlumat daxil olduqdan sonra, polis əməkdaşları uşaqları tapıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Xırdalan   Uşaq  





Xəbər lenti