Avropa İttifaqı Azərbaycanla müqavilə imzaladı

Avropa İttifaqı Azərbaycanla müqavilə imzaladı
  06 Dekabr 2013    Oxunub:1150
Aİ və Azərbaycan mobil tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
Avropa İttifaqı (Aİ) və Azərbaycan mobil tərəfdaşlıq layihəsinə rəsmən start veriblər. Bu barədə AzVision.az Aİ-nin rəsmi saytına istinadən məlumat verir.

Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmström, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov və bu tərəfdaşlıqda iştirak edən Aİ-nin 8 üzv dövlətinin (Bolqarıstan, Çexiya, Fransa, Litva, Niderland, Polşa, Sloveniya və Slovakiya) miqrasiya məsələlərinə cavabdeh olan nazirləri miqrasiya və mobillik sahəsində gələcək əməkdaşlıq üçün əsasın yaradılması haqqında Birgə Bəyannamə imzalayıblar.

Sənədin imzalanma mərasimi Brüsseldə Ədliyyə və Daxili İşlər Şurasında baş tutub. S.Malmström bildirib ki, mobil tərəfdaşlığın tətbiqi Avropa və Azərbaycan vətəndaşlarının yaxınlaşması yolunda daha bir vacib addımdır: "Biz dialoq və əməkdaşlıq sayəsində Aİ, Azərbaycan və miqrantların maraqlarına uyğun olaraq miqrasiyanın idarə edilməsini daha yaxşı təmin edə bilərik".

Azərbaycanla mobil tərəfaşlıq bəzi siyasi məqsədləri və sahələri müəyyənləşdirir. Məhz bu çərçivədə gələcəkdə Aİ-Azərbaycan dialoq və əməkdaşlığı davam edəcək. Məqsəd insanların yerdəyişməsini mümkün qədər daha səmərəli həyat keçirməyə təminat verməkdir.

Əmək miqrasiyasını hüququ baxımdan tənzimləmək üçün Azərbaycanın imkanlarının genişləndirilməsi məqsədilə qaçqınlara sığınacağın verilməsi və onların qorunması, qanunsuz miqrasiyanın aradan qaldırılması və qarşısının alınması, miqrantların qanunsuz olaraq gətirilməsi, insan alveri və s. məsələlərə aid tədbirlər görüləcək.


Teqlər:  





Xəbər lenti