Metro “Qarabağ”a görə gücləndirilmiş rejimə keçdi

  29 Avqust 2019    Oxunub : 645
Metro “Qarabağ”a görə gücləndirilmiş rejimə keçdi
Bu gün keçiriləcək "Qarabağ" - "Linfild" oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.
Azvision.az -ın məlumatına görə, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb.

Metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq.

Qeyd edək ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" "Linfild" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Azvision.az

Teqlər: Metro   Bakı   Futbol   Qarabağ