Lənkəranda qəzaya düşən avtobus qanunsuz işləyirmiş

   Lənkəranda qəzaya düşən avtobus qanunsuz işləyirmiş
  29 Avqust 2019    Oxunub:2035
Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayıb və həmin avtobus qeyri-qanuni fəaliyyət göstərib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Azvision.az -a bildirib ki, avtobus Lənkəran daxilində ayda 1-2 dəfə, sifariş əsasında qeyri-qanuni fəaliyyət göstərib.
“Həmin avtobus fəhlələri daşıyıb, müraciət edən insanlar üçün sifarişlə işləyib. Bizim nəzarətimizdə olan avtobus olamyıb”,- deyə N.Allahyarova qeyd edib

Xatırladaq ki, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobus   Lənkəran   Qəza  





Xəbər lenti