Şeyx Səudiyyə Ərəbistanına gedir

Şeyx Səudiyyə Ərəbistanına gedir
  28 Avqust 2019    Oxunub:1398
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə yola düşüb.
QMİ-nin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki, Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.

Azvision.az



Teqlər: AllahşükürPaşazadə  





Xəbər lenti