Yol polisindən gəlin maşınları ilə bağlı xəbərdarlıq

Yol polisindən gəlin maşınları ilə bağlı    xəbərdarlıq
  28 Avqust 2019    Oxunub:3272
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti maarifləndirmə tədbiri keçirib.
İdarədən Azvision.az -a verilən məlumata görə, bu dəfə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər avtomobillərin icarəyə verildiyi yerlərdə təşkil edilib.



Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobil icarəyə verilən yerlərdə görüşlər keçiriblər. Görüşlərdə yol polisi əməkdaşları təbliğat işləri ilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobillərin sürücülərinə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim ediblər. Bukletlərdə avtomobillər toy mərasimi üçün icarəyə verilərkən sürücülərin toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etmələri barədə onlarla profilaktik söhbətlərin aparılması və lazımi xəbərdarlıq edilməsi qeyd olunub.

Eyni zamanda, sürücülərə hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə ötmə, manevr qaydalarına əməl edərək avtomobilləri yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur.

İştirakçılar böyük maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür edib, tövsiyələrə əməl edəcəklərini bildiriblər.

Azvision.az



Teqlər: DYP   Maşın  





Xəbər lenti