AQTA İsmayıllıdakı zəhərlənməni araşdırır

AQTA İsmayıllıdakı zəhərlənməni araşdırır
  28 Avqust 2019    Oxunub:1660
İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti