Toydakı zəhərlənmənin ilkin səbəbi məlum oldu

  Toydakı zəhərlənmənin ilkin səbəbi məlum oldu
  28 Avqust 2019    Oxunub:1469
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllı rayonunda keçirilən toy məclisində kütləvi zəhərlənmə olub.
Toyda iştirak edən 33 nəfər İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan ikisi uşaq olmaqda 4 nəfər hazırda xəstəxanada həkim nəzarətindədir, digərlər evə buraxılıb.

Azvision.az -ın məlumatına görə, rayonun Qəzli kənd sakini Müşviq Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində baş verən zəhərlənməyə səbəb salat olub. Xəstəxanaya gətirilən şəxslər paytaxt və digər salatları qəbul etdikdən sonra hallarının pisləşdiyi deyiblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: İsmayıllı   Zəhərlənmə   Toy  





Xəbər lenti