İsmayıllı rayonunda keçirilən toy məclisində kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az-a verilən məlumata görə, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.
"Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacağı gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər", - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.
Azvision.az