Abşeronda karantin zərərvericiləri məhv edilir
Qeyd edək ki, “Tut qalxanlı” yastıcası intensiv çoxalan zərərvericidir. O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür.
Bəzi hallarda zərərverici ilə zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr çıxır. Bu zərərverici ölkəmizdə 2-3 nəsil verir.
Azvision.az
Teqlər: KTN