Masallı sakini qaçırdığı maşınla saxlanıldı

Masallı sakini qaçırdığı maşınla saxlanıldı
  27 Avqust 2019    Oxunub:1211
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə avqustun 26-da B.Nuriyev küçəsindən A. Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub .
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.

Azvision.az

Yüklənir...



Teqlər: DİN  





Xəbər lenti