XİN: Azərbaycan Abxaziyada keçirilmiş “seçkiləri” tanımır

  26 Avqust 2019    Oxunub : 879
 XİN: Azərbaycan Abxaziyada keçirilmiş “seçkiləri” tanımır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 2019-cu il avqustun 25-də keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

Bu barədə Azvision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Azvision.az

Teqlər: XİN   Abxaziya   Seçki