Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkidə dağlıq ərazidə yanğın başlayıb
  24 Avqust 2019    Oxunub:1555
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin Kosalı kəndi yaxınlığında dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti