Komitə nümayəndələri əsgərlərlə görüşüb

Komitə nümayəndələri əsgərlərlə görüşüb
  23 Avqust 2019    Oxunub:1545
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə şəxsi heyətlə görüşüb.



Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.







Azvision.az


Teqlər: Əsgər   Görüş   Komitə  





Xəbər lenti