Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

  23 Avqust 2019    Oxunub : 520
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir
Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
Bu barədə Azvision.az -a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib. Bildirilib ki, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur.

"26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".

Qeyd olunub ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək: "Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".

Azvision.az

Teqlər: Qatar   ADY   Sabunçu