Nazir müavini Qobustanda vətəndaşları qəbul edib

Nazir müavini Qobustanda vətəndaşları qəbul edib
  23 Avqust 2019    Oxunub:1247
Avqustun 22-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qobustan şəhərindəki vergiödəyicilərinə xidmət mərkəzində Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb, kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Şamaxıda start verilmiş pilot layihə çərçivəsində vergiödəyicilərində yaranan suallar cavablandırılıb.

Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Qobustan   Qəbul   Vətəndaş  





Xəbər lenti