“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar

“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar
  22 Avqust 2019    Oxunub:1103
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə “Təmiz hava” aylığı ilə bağlı növbəti aksiyaları Nərimanov və Nəsimi rayonlarında keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən birgə tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.

Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.

“Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Aksiya  





Xəbər lenti