Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO

Ağsuda dağlıq ərazidə yanğın başlayıb -  VİDEO
  22 Avqust 2019    Oxunub:2859
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.



Azvision.az



Teqlər: Ağsu  





Xəbər lenti