Nazirlik yanğın yerinə 4 briqada göndərdi

   Nazirlik yanğın yerinə 4 briqada göndərdi
  22 Avqust 2019    Oxunub:1549
“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar təcili yardıma saat 15.12-də çağırış daxil olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib.

Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə xəbər veriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanğın   Təciliyardım  





Xəbər lenti