Çinlə hərbi-texniki əməkdaşlıq müzakirə olunub

 Çinlə hərbi-texniki əməkdaşlıq müzakirə olunub
  22 Avqust 2019    Oxunub:1561
Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Z.Həsənov ona Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd deyib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

Azvision.az



Teqlər: Mn   Çin  





Xəbər lenti