Ali məktəblərə qəbul planı 70%-dən çox dolub

Ali məktəblərə qəbul planı 70%-dən çox dolub
  22 Avqust 2019    Oxunub:1275
Cari ildə tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 % dolub.
Bu barədə Azvision.az -a təhsil eksperti Kamran Əsədov məlumat verib. Onun sözlərinə görə, 2019-cu ildə keçirilən imtahanların nəticələrinin təhlili zamanı 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox yerin dolduğu məlum olub:

“Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Universitet   Tələbə   Qəbul  





Xəbər lenti