Bakıda avtoxuliqan saxlanıldı

 Bakıda avtoxuliqan saxlanıldı
  21 Avqust 2019    Oxunub:1969
Nəsimi rayonunda yol hərəkəti iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azvision.az -a bildirib ki, 99-AM-356 dövlət qeydiyyat nişanlı, “Renault Tondar” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı – 10-PS-510 nömrə nişanı vurmaqla idarə edib, bəzən nömrədəki “P” hərfinə rəngli yapışqanla müdaxilə edərək “R” halına salıb.

Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək həmin gün qaçmağa müvəffəq olub. Lakin o, avqustun 21-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Babayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb. O, bir ay müddətinə inzibati həbs olunub və polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat məbləğində cərimə edilib.

Azvision.az


Teqlər: DYP   Avtoxuliqan  





Xəbər lenti